“Mütaliə - mənəvi zənginliyə aparan yol”

      Sentyabrın 16-da  Azərbaycan dili müəllimi Məlahət Alməmmədovanın təşkilatçılığı ilə məktəb kitabxanasında  V-VIII sinif şagirdlərinin iştirakı ilə  “Mütaliə - mənəvi zənginliyə aparan yol”  mövzusunda təqdimat dərs keçirilib.

     Dərsin keçirilməsində əsas  məqsəd şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, mütaliəyə həvəsi daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirməkdir.

     Fənn  müəllimi qeyd edib ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir.

    Daha sonra şagirdlər kitabxanada müxtəlif kitablarla tanış olub,  yay tətili ərzində oxuduqları əsərlər haqqında təəssüratlarını bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi