Qalib layihənin bağlanış tədbiri keçirilib

       Martın 5-də Bakı şəhəri 84 saylı tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi olmuş, 24000 manat büdcəsi olan “Ümumpedaqoji məsələlər mövzusunda öyrədici animasiya filmlərinin hazırlanması” layihəsinin bağlanış tədbiri keçirilib.

         Layihə rəhbəri Şəfəq İbişova çıxış edərək layihənin məqsədi və məzmunu haqqında ətraflı məlumat verib. Layihənin işçi heyətinin üzvləri- animasiya hazırlayan mütəxəssis Fuad Əliyev, ekspert Şəlalə Novruzova, BŞTİ-nin İnkişaf layihələr sektorunun məsləhətçisi Sevinc Əzimova, Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Lamiyə Namazova, Təlimə Dəstək Mərkəzinin metodistləri Abdulla Qəhrəmanov, Roza Rüstəmova çıxış edərək layihə haqqında fikirlərini bildiriblər.

         Tədbirdə adı çəkilən şəxslərdən başqa Suraxanı rayon 87, 114, 146,316 nömrəli, Sabunçu rayon 90№-li məktəbin direktorları, müxtəlif məktəblərin müəllimləri iştirak ediblər. Tədbirdə həmçinin 7 ədəd animasiya filmi nümayiş etdirilib.

        Qeyd edək ki, layihənin məqsədi qısa müddət ərzində daha effektiv üsullarla təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaq, layihənin vəzifəs 4 dəqiqəlik 10 ədəd öyrədici animasiya filmlərinin hazırlanması və animasiya filmlərinin ölkənin bütün müəllimlərinin istifadəsi üçün müvafiq qurumların saytında yerləşdirilməsi və pedaqoji ictimaiyyətə təqdim olunmasıdır. Hazırlanmış mətnlərin animasiya filmi şəklinə salınması Fuad Əliyevə sifariş edilib. Layihənin icra müddəti 05.07.2018-05.03.2019-cu il tarixlərini əhatə edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi