“Komputerin uşaqlara faydası və ziyanı” mövzusunda seminar keçirilib

     Aprelin 13-də informatika müəllimi Kəmalə İsgəndərova və 6”A” sinif şagirdlərinin iştirakı ilə “Komputerin uşaqlara faydası və ziyanı” mövzusunda seminar keçirilib

  Seminarda şagirdlərin komputerdən və internetdən kortəbii şəkildə istifadə etməsinin yaratdığı fəsadlar haqqında geniş məlumat verilib. Şagirdlər hazırladıqları videoçarxlarda  komputerin zərərli və xeyirli tərəfləri nümayiş etdirilib.  Qeyd olunub ki, kompüter, İnternet, sosial şəbəkələr dünya sivilizasiyasının çox yüksək pilləsidir. Kompüterin yaratdığı imkanlardan istifadə, ondan yararlanmaq, istifadə qaydaları və məqsədindən asılı olaraq çoxlu mənfi və müsbət cəhətlər doğurur. Kompüterin ən yaxşı xüsusiyyətlərindən biri zamanla bağlıdır. Çox qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, təhsillə bağlı məlumatı almaq mümkündür.

     Mövzu ilə bağlı şagirdlər arasında fikir mübadiləsi və diskussiya keçirilib.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi