“Xocalını unutmuruq” mövzusunda tədbir keçirilib

Xocalı soyqrımının 29-cu ildönümü ilə əlaqədar olaraq fevralın 25-də texnologiya  müəllimi Səhər İsayevanın təşkilatçılığı ilə  “Xocalını unutmuruq”  mövzusunda  tədbir  keçirilib.

       Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,  xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və  Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

       Tədbirdə məktəbin direktoru Şəfəq İbişova və 6”A” sinif şagirdləri iştirak edib.

       Əvvəlcə Dövlət Himni səsləndirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sinif rəhbəri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımdan danışıb. O bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 

         Məktəb direktoru  Şəfəq İbişova  öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cimayət olduğunu və tariximizin ən qanlı səhifəsinin heç zaman unudulmayacağını bildirib.

          Xocalı faciəsindən bəhs edən videoçarxlar vasitəsilə erməni işğalçılarının dinc əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliklər nümayiş etdirilib. Şagirdlər  həmin gecəni xatırladan  anları şeir və səhnəciklərlə, çəkdikləri rəsmlərlə  nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi