“Xocalısız 29 il” mövzusunda sinif təşkilat saatı keçirilib

     Xocalı soyqrımının 29-cu ildönümü ilə əlaqədar olaraq fevralın 25-də ibtidai sinif  müəllimi Xəyalə Aslanovanın təşkilatçılığı və  3”Ç”  sinif şagirdlərinin iştirakı ilə  “Xocalısız 29 il”  mövzusunda  sinif təşkilat saatı keçirilib.

         Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

       Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra şagirdlərin təqdimatları dinlənilib.  Xocalı qətliamından bəhs edilən videoçarxlar nümayiş etdirilib. Şagirdlər Xocalı soyqırımından bəhs edən  şeirlər, bayatılar söyləyib, çəkdikləri rəsmləri nümayiş etdirməklə qanlı soyqırım qurbanlarını xatırlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi