Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş divar qəzetləri

         Məktəbin illik fəaliyyət planına uyğun olaraq fevral ayı ərzində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş divar qəzetləri hazırlanıb.

      Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,  xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və  Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

       Şagirdlərin ərsəyə gətirdikləri divar qəzetlərində Azərbaycanın müasir tarixinin ən faciəli, qanlı  günlərindən biri  olan 26 fevral 1992-cı il haqqında ətraflı məlumatlar, soyqırıma həsr etdikləri rəsmlər, şeirlər öz əksini tapıb.  XX əsrin ən qanlı tarixi haqqında həqiqətləri bacardıqları kimi çatdırmağa çalışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi