"Qanlı Yanvar-xalqımızın müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsidir"mövzusunda tədbir keçirilib

       Yanvarın 19-da ibtidai sinif müəllimi Aydan Həsənovanın təşkilatçılığı və  2”B”  sinif şagirdlərinin iştirakı ilə  "Qanlı Yanvar-xalqımızın müstəqilliyə gedən yolda şərəf və  qəhrəmanlıq salnaməsidir"mövzusunda tədbir keçirilib.

       Tədbirin  keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.

        Dövlət Himni səsləndirildikdən sonra 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirib, qəhrəmanlıq, vətənpərvərlik ruhunda şeirlər, mahnılar söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi