“Qarabağ dünən, bu gün və sabah” mövzusunda onlayn sərgi keçirilib

      Yanvarın  8-də "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Tədbirlər Planına uyğun olaraq uyğun olaraq təsviri incəsənət müəllimi Gülnarə Zöhrəbəyova və texnologiya müəllimi Səhər İsayevanın rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizə həsr olunmuş “Qarabağ dünən, bu gün və  sabah” mövzusunda onlayn sərgi keçirilib     

      Tədbirdə V-IX sinif şagirdləri, məktəbin rəhbər heyəti və fənn müəllimləri iştirak edib.

      Sərginin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.

       Sərgidə istedadlı şagirdlərin şanlı qələbəmizə, Qarabağa həsr olunmuş təsviri incəsənət, dekorativ tətbiqi sənət sahələrindən ibarət əl işləri və rəsmləri nümayiş olunub, təqdimatlar dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi