Memorial Soyqırım muzeyinə ekskursiya təşkil edilib

       Xocalı soyqırımının 28-cı ildönümü ərəfəsində faciə qurbanlarını yad etmək üçün fevralın 21-də məktəbin  sinif rəhbəri Aytəkin Quliyevanın  təşkilatçılığı və 7”A” sinif  şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım Muzeyinə ekskursiya təşkil edilib.

     Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınlın formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir.   

       Ekskursiya zamanı bələdçi muzey haqqında məlumat verib, Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə olduğunu qeyd edib. Şagirdlər həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi