"Şirin dilim" mövzusunda tədbir keçirilib

      Məktəbin illik fəaliyyət planına uyğun olaraq fevralın 21-də dil-ədəbiyyat aylığı çərçivəsində və 21 fevral-Beynəlxalq Ana dili günü münasibətilə Məlahət Alməmmədovanın təşkilatçılığı və  5”C” sinif şagirdlərinin iştirakı ilə "Şirin dilim" mövzusunda tədbir keçirilib.

      Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini  yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.

      Tədbirin birinci hissəsində çıxış edənlər Azərbaycan dilinin dünya dilləri içərisində ahəngdarlıği, zənginliyi, tariximizi bu gün də yaşatmağa kömək edən bir dil olduğunu vurğulayıblar. Şagirdlər “Nağıllar aləmində” adlı səhnəcik göstərərək müxtəlif personajları canlandırıblar. Daha sonra ana dilimizin gözəlliyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi