"Ana dilimizi sevək, sevdirək" mövzusunda tədbir keçirilib

        Məktəbin illik fəaliyyət planına uyğun olaraq fevralın 19-da dil-ədəbiyyat aylığı çərçivəsində və 21 fevral-Beynəlxalq Ana dili günü münasibətilə Lalə Həsənovanın təşkilatçılığı və  5”A” sinif şagirdlərinin iştirakı ilə "Ana dilimizi sevək, sevdirək" mövzusunda tədbir keçirilib.

      Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.

      Tədbirdə Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışılıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salınıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. 

        Daha sonra 5”A” sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi