"Narkomaniyaya yox deyək: insan alveri ilə mübarizə” mövzusunda tədbir keçirilib

      Fevralın 14-da məktəbin fəaliyyət planına uyğun olaraq VIII, IX və X sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək: insan alveri ilə mübarizə” mövzusunda tədbir keçirilib.

      Tədbirin keçirilməsində məqsəd  məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin qarşısının alınması, insan alveri ilə mübarizə sahəsində görülən işlər barədə məlumatın verilməsidir.

        Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis mayoru Namiq  Məmmədov, Suraxanı rayonu 31-ci Polis bölməsinin  yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis baş leytenantı Rəsul Hüseynov,  məktəbin rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

       Məktəbin direktoru tədbiri giriş sözü ilə açaraq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Çıxış edən polis əməkdaşları  “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan qorunmağın yolları və s. barədə ətraflı məlumat verib,  dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıblar. Mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.

      Sonda məktəbin direktoru maarifləndirici tədbirdə iştirak edən polis əməkdaşlarına təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi