9 noyabr - Dövlət Bayrağı Günüdür

8 noyabrda məktəbimizin akt zalında "Bayraq Gününə" həsr olunmuş ədəbi - bədii gecə keçirildi. Tədbir zamanı tarix müəllimi Tamilla Musayeva və 5 B sinif şagirdləri bayrağımızın keçmişdən bu günə qədər keçdiyi şanlı yol haqqında ətraflı məlumat vermdilər. Tədbiri şagirdlər öz şeirləri, rəqsləri və mahnıları ilə rəngarəng etdilər. Tədbir məktəbin direktoru Leyla xanımın çıxışı ilə başa çatdı.