18 oktyabr Müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa

  Məktəbimizdə 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş dəyirmi masa adlı tədbirdə iştirak edən şagirdlərimiz söylədikləri şeirlər, ifa etdikləri mahnılar, danışdıqları tarixi məlumatlar ilə Vətənə olan sevgilərini nümayiş etdiriblər.Tədbirlərdə çıxış edənlər 27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutuğunu bildiriblər.           Eləcə də məktəbimizdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi