Narkomaniya ümumbəşəri bəladır

          14 martda məktəbimizdə "Narkomaniya ümumbəşəri bəladır"mövzusunda marifləndirmə tədbiri keçirildi.Tədbirdə Bakı şəhəri BPİ-nin yetkinlik yaşına çatmayanların işi üzrə bölmə rəisi polis polkovniki leytenant Məryəm Ömərova, Bakı şəhəri BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Naif Ömərov, Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri Paşa Kərimov və Nərimanov RPİ-nin yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis mayoru Rüstəm Rüstəmov iştirak etmişdilər. Tədbirin əvvəlində Nərimanov RPİ-si tərəfindən xüsusi hazırlanmış dünyada tuğyan edən narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümaiş etdirildi. Sonra mövzu ətrafında çıxışlar oldu. Sonra şagirdlər öz suallarını tədbir iştirakçılarına verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi