"Qəhrəmanlar Unudulmur" adlı tədbir

2017-ci il 20 Apreldə məktəbimizdə "Qəhrəmanlar Unudulmur" adlı tədbir keçirilmişdir. Tədbir məktəbimizin şəhid olmuş məzunu Samir Xasiyeva həsr olunmuşdur. Tədbirdə məktəbin direktoru, müəllimlər və valideynlər iştirak etmişlər. Şəhidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə şəhid həyatını əks etdirən video-slayd göstərilmişdir. Qəhrəmanlıq mövzusunda seirlər söylənmiş və musiqilər ifa olunmuşdur.