Məktəbin məzunu şəhid Əşrəf Əliyevin xatirəsinə həsr olunmuş tədbir

82 saylı tam orta məktəbdə şəhid Əşrəf Əliyevin xatirəsi anılmışdır17 fevral tarixində 82 saylı tam orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsi tərəfindən 1994-cü ildə Kəlbəcərdə şəhid olmuş Əşrəf Əliyevin anım günü ilə əlaqədar məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Haqverdiyeva Kəmalə və məktəbin şagirdləri tədbir keçirilmişdir.Mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir.Sonra məktəbin direktoru Vaqif Mehdiyev məktəbin məzunu olmuş şəhid Əşrəf Əliyev haqqında danışmışdır. Bildirilmişdir ki, 82 nömrəli məktəbin doqquz məzunu torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxışında şəhidlərimiz unudulmamasını, onların xatirəsi hər zaman yad edilməsini, belə tədbirlərin rayonun bir neçə məktəblərində keçirilməsi və Əşrəf Əliyevin xatirəsinə həsr edilmiş idman yarışının təşkili nəzərdə tutulduğunu vurğulamışdır.Tədbirin sonunda şəhid Əşrəf Əliyevlə bağlı məktəbin 9-cu sinif şagirdlərinin hazırladıqları əbədi-bədii kompozisiya və videoçarx nümayiş olunmuşdur.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi