"Təbiəti qoruyaq"

Təbiət yaşadığımız mühitin ayrılmaz hissəsidir.Son illərdə yaranan ekoloji böhran bütün dünyaya öz zərərli təsirini göstərir. Çox güvəndim,ey insan ,əqlin kamilliyinə, İndi təbiət gülür sənin cahilliyinə, Çirklənib Yer kürəsi ,inləyir hava torpaq Buzlaqlar əriyərsə,onda necə olacaq?Təbiət yaşadığımız mühitin ayrılmaz hissəsidir elə buna görə də təbiət insanın fiziki cəhətdən artmasına təsir göstərməli,ürək açan şərait yaratmalıdır.Təbiət ana qədər bizim üçün əzizdir və o,hər birimiz üçün ən böyük müəllimdir.Ondan həmişə öyrənmək olar. Təbiətə məhəbbət hissi olan hər bir insan onu qorumağa borcludur və ona əsl övlad qayğısı göstərməlidir. Məktəbimizdə təbiətə dair mövzularda geniş disput və konfranslar keçirilir.Bu məqsədlə 21.04.2015 -ci il tarixində biologiya müəllimi Cavadova Aygün məktəbdə "Təbiəti qoruyaq" adlı tədbir keçirtdi.Bu tədbirdə 6,7,9 və 10-cu sinif şagirdləri iştirak edirdilər.Uşaqlar çox böyük maraq hissi ilə tədbirdə hazırlaşırdı.Hətta " Hər birimiz bir ağac əkək" aksiyasına qoşularaq məktəbimizin heyətində bir neçə ağac əkdilər.Bu da şagirdlərimizdə təbiətə məhəbbət hissinin olduğunu daha sübut etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi