"18 Oktyabr - Müstəqilliyimizin başlanğıcı" mövzusunda tədbir

Oktyabr ayının 17- də məktəbimizin akt zalında 18 Oktyabr Müstəqillik Aktının qəbul edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirin keçirilməsində məqsəd müstəqilliyin əldə edilməsi qədər onun saxlanıla bilməsinin də vacib oduğu fikrini uşaqlara təlqin etməkdir. Tədbir iki hissədən ibarət oldu. Birinci hissədə son 25 ildə müstəqilliyə gedən yolun xronikasına nəzər salındı.Bu hissədə müstəqilliyin əldə olunmasının hansı tarixi şəraitdə baş verməsi haqda məlumatlar çatdırıldı, film göstərildi. İkinci hissədə isə məktəblilərin musiqi, rəqs və şeir bacarıqları nümayiş etdirildi. Mövzuya uyğun stend və plakatlar hazırlanaraq akt zalının dekorasiyasında istifadə edildi.Tədbir məktəbin tarix müəllimi U.Manafova,musiqi müəllimi A.Quliyeva tərəfindən təşkil olunmuşdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi