Fənn olimpiadalarının şəhər mərhələsinin vaxtı açıqlanıb

Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsinin keçirilmə tarixləri bəlli olub.

Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq olimpiadanın şəhər mərhələsi fənlər üzrə müxtəlif vaxtlarda təşkil olunacaq. Belə ki, fevralın 10-da riyaziyyat və kimya, fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə olimpiada keçiriləcək.

Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 17 imtahan mərkəzində təşkil ediləcək. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 36 və 47, Nəsimi rayonu üzrə 54 və 46,  Nizami rayonu üzrə 229 və 32,  Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 271, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 138, Xəzər rayonu üzrə 124, Pirallahı rayonu üzrə 235, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə isə 189-190 nömrəli tam orta məktəblərdə keçiriləcək.

Olimpiadada IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdləri iştirak edəcək.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkar olunması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, olimpiadanın şəhər mərhələsi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə alınmaqla, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil ediləcək.


Respublika fənn olimpiadalarının şəhər mərhələsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi