Valideynin məktəbdə bir günü

        13 dekabrda məktəbimizdə Valideynin məktəbdə bir güneü adlı layihə keçirilmişdir. Tədbirdə məktəbin müxtəlif siniflərindən nümayəndə valideynlər iştirak etmişlər. Onlar məktəbin kitabxanası, yeməkxanası, idman meydançaları, akt zalı, həkim otağı və sinif otaqlarını gəzərək məktəb mühiti ilə tanış olmuşlar. 4-cü dərs siniflərdə açıq dərslər keçirilmişdir. Valideynlər həmin dərslərdə iştirak etmişlər. Tədbirin rəsmi hissəsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Paşazadə və tərbiyə işləri üzrə direktor müavini Elmira Axundova valideynlərlə söhbət aparmışlar. Valideynlər tərəfindən müəyyən təkliflər irəli sürülmüş və fikir mübadiləsi aparılmışdır. Bu layihə valideynlər tərəfindən bəyənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi