Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş bədii qiraət gecəsi

         5 dekabrda məktəbin kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş bədii qiraət gecəsi keçirildi . Tədbiri giriş sözü ilə kitabxananın müdiri İsmaylova Amənə açdı. 9a sinif şagirdi  Hüseynquliyeva Aysu Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqda məlumat verdi . 8 B sinif şagirdi Xəlilzadə Nübar və 8 C sinif şagirdi Kərimov Elşən yazıçının "Ölülər" əsəri haqqında çıxış etdilər, Elşən kefli İsgəndərin məşhur monoloqunu söylədi. Şagirdlər bu əsərlərin qəhrəmanlarının səciyyəvi xüsusiyyətlərini müzakirə etdilər. Cəlil Məmmədquluzadənin əsərlərinin motivləri əsasında çəkilmiş "Ölülər" və "Pirverdinin xoruzu" kinofilmlərindən fraqmentlər nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi