15.09.2017-ci il tarixində bütün ümumtəhsil məktəblərində olduğu kimi Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə də “Bilik günü”-nə həsr olunmuş tədbir keçirildi.

15.09.2017-ci il tarixində bütün ümumtəhsil məktəblərində olduğu kimi Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə də “Bilik günü”-nə həsr olunmuş tədbir keçirildi.Məktəbin direktoru Mehriban xanım Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci tədris ilinin ölkənin bütün ümumtəhsil məktəblərində “Təhsildə keyfiyyət ili” elan olunduğunu bir daha vurğuladı.Eyni zamanda 2016/2017-ci tədris ilinin məzunu, ən yüksək (626) balı toplayan Məzəmov Rüfət təbrik edildi.Tədris ilinin açılışında Sabuncu İcra hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi cıxış edib öz arzu və isdəklərini bildirərək , məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik etdi. “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunan ilk dərs açıq havada keçirildi. Bu mövzu ilə bağlı Qarabağ müharibə veteranı,məktəbin hərbi müəllimi İbrahim Allahverdiyev cıxış etdi.Tədbirin sonunda alqışlar sədası altında ilk zəng çalındı.