7 "C" sinif şagirdlərinin "Hərbi Qənimətlər Parkı"na ekskursiyası təşkil olunub.

"27 sentyabr - Anım Günü" münasibətilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin müəlliminin rəhbərliyi ilə 7 "C" sinif şagirdlərinin "Hərbi Qənimətlər Parkı"na ekskursiyası təşkil olunub. Ekskursiya zamanı şagirdlərə 44 günlük Vətən müharibəsi zamanı ordumuzun əldə etdiyi uğurlar, böyük tarixi qələbə haqqında dolğun məlumat verilib.