I-IV siniflərin ilk dərs günü qeyd edildi

22 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə I-IV siniflərin ilk dərs günü qeyd edildi. Açıq havada tədbir keçirildi, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı sonra məktəbin direktoru Mehriban Əli-zadə çıxış edərək şagirdlərə, xüsusilə birincilərə yeni tədris ilində uğurlar arzuladı. Tədbir ibtidai sinif şagirdlərinin rəqsləri, "Zəfər tarixi"nə həsr olunmuş şeirləri ilə davam etdi. Həmçinin Təhsil Nazirliyinin 1-ci siniflər üçün göndərdiyi resurs dəstləri də məktəbin direktoru tərəfindən müəllimlərə təqdim edildi.