2021-2022-ci tədris ilində pedaqoji şuranın ilk iclası keçirildi

21 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 2021-2022-ci tədris ilində pedaqoji şuranın ilk iclası keçirildi. İlk öncə məktəbin direktoru Mehriban Əli-zadə çıxış edərək iclası açıq elan etdi. İclasda pedaqoji şuranın sədri və katibi seçildi, illik fəaliyyət planı müzakirə olundu, müəllimlərin dərs yükü, sinif rəhbərləri təyin edildi, şagirdlərin dərsliklərlə təminatı, məktəbin daxili nizam-intizam qaydalarıdan danışıldı.