İNSAN HÜQUQLARI İNSAN ALVERİNİN QURBANI OLMA! adlı insan alveri və zorakılıqla bağlı tədbir

       İnsan hüquqlarının qorunması , insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər. İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlar olur ki, onlar da əsasən seksual istismara məruz qalırlar.

             Ekspertlərin müşahidələrinə əsasən, qadınların insan alverinə məruz qalmasına əsas səbəblər – onların təhsil almasına, işə düzəlməsinə və özünə güvənməsinə mane olan olan savadsızlıq, yoxsulluq və gender bərabərsizliyi faktorlarıdır.

       Birləşmiş Millətlər Təşkilatının illik məruzəsinə əsasən, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir. Insan alveri qurbanlarının sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğul olan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilmişdir.

       «İnsan hüquqları .insan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasında dövlət tərəfindən Beynəlxalq Konvensiyalar ratifikasiya olunmuş,müxtəlif qanunlar qəbul edilmişdir.

          Müntəzəm olaraq məktəbimizdə bu mövzu ilə bağlı müxtəlif dəyirmi masalar,tədbirlər keçirilir,maarifləndirici söhbətlər aparılır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi