" Qaranquş müjdəli Novruz "
Elimizə-obamıza bahar gəlir! Xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir.Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır. Müxtəlif siniflərdə şagirdlərimiz bu bayrama hazırlıq görüblər.