"Gələcəyimiz üçün ağac əkək "devizi altında ağacəkmə aksiyası
Ətraf mühitdə ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə “Gələcəyimiz üçün ağac əkək” devizi altında ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.Şagirdlərimizin iştirakı ilə keçirilən aksiyada məktəbin həyətində müxtəlif cinsli ağac tingi əkilib,abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.Keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək,atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və təbiətə töhfə verməkdir.