"Bahar çələngi" layihəsi ilə bağlı təqdimat dərs
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01 mart 2022-ci il tarixli F-85 nömrəli əmri ilə təsdiq edilmiş "Bahar çələngi" layihəsinin icrası ilə bağlı tədbirlər planına əsasən məktəbimizin 7c sinfində təqdimat dərs keçirildi.Şagirdlər Novruz bayramı ilə əlaqədar sinifdə hazırlıq işləri apardılar.Xalqımızın Novruz dəyərləri, milli adət-ənənələri şagirdlər tərəfindən nümayiş etdirildi.Novruz bayramının və ilaxır çərşənbələrinin mahiyyəti, bayramla bağlı adət-ənənələr haqqında ətraflı məlumat verildi.Sonra şagirdlər kəndir dartma oyunu, Novruz şənliklərinin əsas personajlarından olan Keçəl ilə “yumurta döyüşü” oyunu və Novruz bayramı atributlarını tanıtmaq məqsədilə komandalar şəklində digər oyunlar oynadılar.