Şəhid anaları timsalında "Beynəlxalq Qadınlar Günü"

             Hər il 8 mart tarixində qeyd olunan "Beynəlxalq Qadınlar Günüqadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

            8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

          Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

          Təhsil ocaqlarında da bu bayram qeyd edilir.Bu il məktəbimiz bu bayramda Şəhid analarını unutmadı,onları tədbirlərə dəvət etdilər.

 Şəhid anaları ilə görüşdən məmnun qalan məktəblilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və məhəbbətlə yad edərək bildirdilər ki, biz bugünkü firavan və rahat həyat şəraitimiz, müstəqil dövlətçiliyimiz üçün qəhrəman şəhidlərimizə minnətdar olmalı, onların əbədiyaşar xatirəsini əziz tutmalı, şəhid ailələrinə daim ən yüksək diqqət və qayğıyla yanaşmalı və onların həyat şəraitinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Şəhid anaları da göstərilən diqqətdən öz məmnunluqlarını ifadə etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi