"Xocalı soyqırımı" na həsr olunmuş inşa müsabiqəsi
Dayanmadan ötüb keçən zaman yavaş-yavaş hadisələri bizdən uzaqlaşdırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Xocalıda törətdikləri soyqırımı hadisəsindən 30 il ötür.
Respublikamızın ərazisində Xocalı faciəsinin ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilir. Məktəbimizdə Xocalı faciəsi mövzusunda "Xocalını unutmayaq" devizi altında "Xocalı faciəsi duyğuların dili ilə" bədii-qiraət və şeir müsabiqəsi keçirildi. O qanlı gecəni özündə əks etdirən şagirdlərin faciə ilə bağlı qələmə aldıqları nəzm əsərlərini münsiflər heyətinə təqdim etdilər. Hiss olunur ki, şagirdlər müsabiqəyə ciddi hazırlaşıblar.
Sabahımızın igid oğul və qızları bu anlarda özlərini şeir müsabiqəsində deyil, döyüş meydanlarında hiss edirlər. Yurdumuza hücum çəkmiş düşmənlərlə döyüşüb vuruşurlar və böyük hünər göstərərək qalib gəlirlər. Azərbaycanın üçrəngli bayrağını işğal olunmuş ərazilərimizdə dalğalandırırlar. Onlar həm Xocalı faciəsini daha dərindən öyrənir, həm də onlarda düşmənə qarşı nifrət hissi artır. Bu hiss, bizi daim düşmən üzərində qələbəyə səsləyir.