"ANA DİLİM ŞİRİNDİR" adlı tədbir
21 fevral 2022-ci il tarixdə məktəbimizin akt zalında M.İbrahimov adına 11 ç sinfinin şagirdləri sinif rəhbəri Abbasova Rasimə müəllimənin təşkilatçılığı ilə Beynəlxalq Ana dili gününə həsr edilmiş "ANA DİLİM ŞİRİNDİR" adlı tədbir keçirildi.Tədbirdə şairə Gülarə Munis,Sabunçu rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə xanım və həmin idarənin inspektoru Taleh Məqsədli və məktəbimizin müəllim ,şagirdləri iştirak etdilər.Tədbir müddətində "Nizami ilə Afaq","Vaqif ilə Qacar","İsgəndərnamə","Arşın mal alan","Relli və Vəli","İblis"kimi səhnəciklər tədbirin bədii hissəsinin maraqlı və unudulmaz məqamlarına çevrildi.
Tədbirin sonunda 80 nömrəli tam orta məktəb Sabunçu rayonu Gənclər və İdman İdarəsi tərəfindən şagirdlərin aktiv fəaliyyətə cəlb edilməsindəki fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif edildi.
Tədbir xoş və səmimi anlarla yadda qaldı.
Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.