“Sağlam gələcək üçün erkən nikaha yox deyək”

Statistikaya görə, indiyədək dünya miqyasında 650 milyondan çox qadın uşaq yaşlarında evliliyə sövq edilib. Hər il ən azı 12 milyon qız 18 yaşına çatmadan evlənir və ya buna məcbur edilir. Bu isə hər dəqiqədə 28 qızın erkən nikaha daxil olması deməkdir. UNICEF-in (United Nations International Children's Emergency Fund) məlumatına görə, ən zəif inkişaf etmiş ölkələrdə bu rəqəm iki dəfə artıqdır. Orada qızların 40% -i 18 yaşından, 12% -i isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu təcrübə xüsusilə münaqişələrdən əziyyət çəkin ölkələrdə və humanitar böhran şəraitində olanlarda daha çox müşahidə edilməkdədir. Bu baxımdan mütəxəssislər ən çox Cənubi Asiya və Afrikanın Sahara bölgəsini qeyd edirlər.
Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah halları hələ də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcuddur və cəmiyyətimizdə narahatlığa səbəb olan problemdir.
Erkən nikah hallarının qarşısının alınmasına dair mütəmadi olaraq həm qanunvericiliyin təkmilləşdirilməsi, yeni sənədlərin hazırlanması və qəbul edilməsi, həmçinin əhalinin, xüsusilə yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın fəsadları barədə məlumatlandırılması
istiqamətində tədbirlər həyata keçirilir.
Məktəbimizin VIII Ə sinif şagirdlərinə Tims platformasında bu mövzu ilə bağlı maarifləndirici təqdimat dərs keçirilmişdir.Burada şagirdlər erkən nikah yaşı və onun fəsadları barədə videoçarx nümayiş etdirib.öz fikirlərini bölüşmüşlər.Həmçinin valideynlər də bu dərsdə iştirak etmişlər.