Gender bərabərliyi

Bu gün biz gender bərabərliyi məsələsində mövcud olan problemləri ilk növbədə ailə-məişət çərçivəsində həll etməyə çalışırıqsa, bunun birinci yolu ailədə böyüyən uşaqların bu mövzuda maarifləndirilməsindən keçir. Yaxşı olardı ki, bununla bağlı dərslər erkən yaşlarda ailədə başlasın, bağçada, daha sonra da məktəbdə davam etdirilsin və beləcə, yetişən yeni nəsil üçün artıq cəmiyyətdə gender bərabərsizliliyi kimi bir problem qalmasın.Mütəxəssislər bildirirlər ki, uşaqlar üçün gender bərabərliyini anlama mərhələsi üç yaşdan başlayır. İki yaşından etibarən oğlan və qız uşaqları arasındakı fiziki fərqliliklər özünü büruzə verir. Üç yaşından etibarən isə cinsiyyətə uyğun bəlli rol və davranışlar ortaya çıxır. Uşaqlarda ətraf mühiti anlama və dərk etmə instinktinin formalaşması prosesi yaranır və onlar tədricən baş verənləri əlaqələndirməyə, yavaş-yavaş qavramağa başayırlar. Buna görə də, üç yaş sizə gender bərabərliyi haqqında düşünmək üçün tez görünsə də, bu mövzuda ilkin bilikləri uşaqlara ötürə bilmək üçün ən uyğun zaman kəsimidir.
Bu gün böyüklər qədər uşaqlar da medianın təsirlərinə məruz qalırlar. İstər müxtəlif qəzet və jurnalların səhifələrindən, istər sosial şəbəkələrdə çıxan reklamlardan, küçələrdəki reklam lövhələrindən mənimsədikləri informasiyalar, istərsə də ünsiyyətdə olduqları həmyaşıdlarından eşitdikləri fərqli fikirlər olsun, uşaqlar hansısa şəkildə mütləq gərəksiz və zərərli informasiya yükü ilə yüklənmək məcburiyyətində qalırlar. Bunların arasında ən zərərlisi isə cinsəllik və zorakılıqla bağlı olanlardır. Bu səbəbdən uşaqlarla media və orada gördükləri, eşitdikləri haqqında danışmaqda fayda var.
Birinci növbədə onların bəzi şou proqramları izlənməsinə, bəzi musiqiləri dinləmələrinə və bəzi oyunları oynamalarına niyə icazə vermədiyinizi doğru şəkildə çatdırmaq, izah etmək lazımdır.
Məktəbimizin 8,9,10 - cu sinifləri arasında bu mövzu ilə bağlı Tims platformasında dəyirmi masa keçirilmişdir.