Yol hərəkəti qaydalarını birlikdə öyrənək!

Apardığımız araşdırma və müşahidələr göstərir ki, ölkəmizdə yol hərəkəti qaydaları ilə bağlı çox ciddi məlumatsızlıq problemi var. Özü də həm sürücülər, həm də ən kütləvi hərəkət iştirakçıları olan piyadalar arasında qaydalardan xəbərsizlər çoxdur.Son illər bu məsələlərdə bir balaca tərpəniş müşahidə olunsa da, cəmiyyətimizdə yol hərəkəti qaydalarına kütləvi maraq hələ ki, qənətbəxş deyil.Yol nişanları müasir dövrdə yol hərəkətini tənzimləmənin ən geniş yayılmış və unikal texniki vasitəsidir. Ona görə də hər bir sürücü, hətta piyada, velosipedçi və başqa hərəkət iştirakçıları yol nişanlarını bilməli və ona riayət etməlidirlər.
Məktəbimizdə müxtəlif siniflərdə kiçik yaşlardan şagirdlərə bu qaydalar haqqında məlumat vermək, qaydalarla tanış etmək məqsədilə maarifləndirici söhbətlər aparılmışdır.Mövzuya uyğun video təqdimat və maketlər hazırlanmışdır.