“Tullantılara ikinci həyat”

Məktəbimiz şagirdləri "Tullantılara ikinci həyat " adı altında məişət tullantılarından istifadə edərək müxtəlif əl işlərini təqdim etdilər.Belə təddbirlərin keçirilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.
Şagirdlərin ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövq oxşayan əsərlər, incəsənət nümunələr, müxtəlif eksponatlar nümayiş olundu.
Həmçinin tədbirlərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verilir. Bildirilir ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür.Ətraf mühitin mühafizəsinə töhfə verməyin hər kəsin borcu olduğu diqqətə çatdırılır.
Tədbirdə çıxış edənlər məişət tullantılarının təkrar emalının təbii resurslardan istifadəni minimuma endirdiyini deyirlər. Bildirilir ki, təkrar emal zamanı bir çox məmulatlar yararlı hala gətirilir və minimum itki ilə yenidən məişətə qayıdır. Həmçinin təkrar emala yararlı plastik tullantıların yenidən istehsalına verə biləcəkləri dəstək barədə şagirdlərlə fikir mübadiləsi aparılır və onları maraqlandıran suallar cavablandırılır.
Həmçinin bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.