Konstitusiya günündə "Uşaq Hüquqları Konvensiyası" izah olundu

"Uşaq hüquqları aylığı" çərçivəsində bu gün məktəbdə şagirdlərin iştirakı ilə seminar təşkil olundu. Tədbirdə şagirdlərə məktəb ditektorunun təqdimatında Azərbaycan Respublikasının Konstitusiyası və Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumart verildi. Şagirdlərin bu barədə fikir və düşüncələri dinlənildi.

Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.

Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi