“Streetbol” idman növü üzrə yarışın qalibləri!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Gələcək çempionlar sıramızdadır” hərəkatı çərcivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon məktəbləri arasında idman yarışları keçirilmişdir. Fiziki tərbiyə fənnini tədris edən Nurlan Əliyevin təşkilatçılığı ilə məktəbimizin komandası “Streetbol” idman növü üzrə yarışında iştirak edərək III yeri tutmuşlar. Komandamızı təbrik edir və növbəti yarışlarda uğurlar arzulayırıq