Gənclərin sağlam həyat tərzi

Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı 74 nömrəli tam orta məktəbdə davranışlarının təkmilləşdirilməsi məqsədi ilə mütəmadi tədbirlər kecirilir. Belə ki, 74 nömrəli tam orta məktəbin psixoloqu İrina Əliyeva yeniyetmələrlə maarifləndirici söhbət apararaq gəncləri saqlam həyat tərzinə üstünlük vermələrinə cağırdı. O, şagirdlərə daim kitab oxumağı, fiziki tərbiyə ilə məşğul olmağı məsləhət verdi və onları maraqlandıran sualları cavablandırdı.