Kimya fənni üzrə nümunəvi dərs

23 oktyabr 2019-cu ildə 74 nömrəli tam orta məktəbin kimya müəllimi Renada Əliverdiyeva "Atomun quruluşu" mövzusunda 7 "D" sinif şagirdləri ilə birlikdə nümunəvi dərs nümayiş etdirmişdir. "Atomun quruluşuna" həsr edilmiş dərsdə şagirdlər atom haqqında geniş məlumatlar toplamışlar. Şagirdlərin topladıqları məlumatları müxtəlif təqdimatlarla nümayiş etdirmələri dərsin maraqlı alınmasına səbəb olmuşlar.