ƏHMƏD BƏY AĞAOĞLU: Nəhəng fikir və əməl adamı

2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.
Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə 22 oktyabr 2019-cu ildə 74 nömrəli tam orta məktəbdə XI sinif şagirdləri ilə birlikdə dəyirmi masa keçirildi. Dəyirmi masanı Azərbaycan dili müəllimləri Rasimə Ağamalıyeva, Nətavan Rzayeva və digər fən müəllimləri təşkil etərək böyük ictimai xadim Əhməd bəy Ağaoğlu haqqında şagirlərlə disput söhbət apararaq maraqlı fikirlər söylədilər.