"Narkomaniyaya yox deyək!" adlı tədbir

24 oktyabr 2019-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 74 nömrəli tam orta məktəbin akt zalında "Narkomaniya bəşəriyyətin faciəsidir" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, məktəbin şagird və müəllim kollektivi iştirak etdilər. Qonaqlar çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi haqqında danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.