"Bilik günü" tədbiri

  Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 

Bu il də ənənəvi olaraq Sabunçu Rayonu 74 nömrəli tam orta məktəbdə “15 sentyabr-Bilik günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məlahət Mustafayeva təşkil etmişdir.
İlk olaraq bu il ilk dəfə məktəbə qədəm qoyacaq övladları, tədbirə toplaşan şagirdləri, onların valideynlərini, müəllimləri yeni tədris ili münasibətilə məktəbin direktoru Əfqan Həsənov təbrik etdi,onlara bu önəmli və zəhmətli yolda uğurla addımlamağı arzuladı.
Daha sonra tədbir iştirakçılarına respublikamızda “Bilik Günü”nün qeyd olunması tarixi haqqında ətraflı məlumat verildi. Sonda uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət himni, şeir və mahnılar səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi