"Son zəng" tədbiri

14 iyun 2019-cu ildə 74 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri təmtəraqlı şəkildə keçirildi. Tədbiri məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova təşkil etmişdir.
Tədbirdə çıxış edən 74 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənov müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayaraq, bu gözəl gün münasibəti ilə təbrik etdi.
“Son zəng” tədbirində məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışları səsləndi. Məktəbi əla qiymətlərlə bitirən məzunlar fərqlənmə diplomu və fəxri fərmanlarla təltif olundular. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirərək tədbiri böyük bədii proqramla başa çatdırdılar.