1 iyun- Uşaqların Beynəlxalq Müdafiə Günü 

 1 iyun- Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə 74 nömrəli  tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə valideynlər, şagird və müəllimlər, məktəb rəhbərliyi fəal iştirak ediblər.

Uşaqlar tədbirdə rəqs edərək mahnılar ifa edib, şeirlər söyləyib, uşaq hüquqlarından danışıblar. Balacalar məktəbin həyətində rəngli mellərlə asvalt üzərində şəkillər çəkiblər. Məktəbin direktoru Əfqan Həsənov şagirdləri təbrik edib. Onlara müvəfəqiyyətlər diləyib. Direktor qeyd edib ki, uşaqların təhsil ilə yanaşı təlim -tərbiyə məsələlərinə də üstünlük verilməlidir. Gələcəyimiz olan uşaqları sağlam, vətənpərvərlik ruhunda böyütməliyik. Uşaqların hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır. Şagird və müəllim münasibətlərinə əməl etmək həm öyrədənin, həm də öyrənənin ən ümdə vəzifəsi olmalıdır. Bir sözlə gələcəymiz olan uşaqları pis vərdişlərdən qorumalı, təhsilli, tərbiyyəli, dövlətimizə layiq vətəndaşlar kimi yetişdirməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi