28 May – Respublika Gününə həsr olunmuş ədəbi-bədii tədbir
74 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının nümayəndələrinin iştirakı ilə 28 May – Respublika Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən tarix müəllimi Nərgiz Həsənova XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın yaranmasını böyük tarixi hadisə kimi qiymətləndirilməsini vurğulamışdır. O, bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəhəng işlər görmüş, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.
Nümayəndələr məktəblilərə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil dövlətimizin layiqli vətəndaşları olmalarını arzulamış və bunun üçün yaxşı oxumalarını tövsiyə etmişlər.
Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.