Əhməd Cavad

Əhməd Cavad

CAN AZƏRBAYCAN

 

Toprağına can demişəm,

Suyuna mərcan demişəm,

Canımı qurban demişəm.

Canım- gözüm, gözüm- canım,

Azərbaycanım!

Can, can, can Azərbaycan!

 

Gəlib qızıl vaxtın sənin,

Açılıbdır baxtın sənin,

Gəncəm tacın, taxtın sənin.

Canım- gözüm, gözüm- canım,

Azərbaycanım!

Can, can, can Azərbaycan!

 

Xəzər yuyar ayağını,

Bayraq etdim növrağını,

Öpdüm azad toprağını.

Canım- gözüm, gözüm- canım,

Azərbaycanım!

Can, can, can Azərbaycan!

 

O Kür- Araz ovalığı,

Yağıların davalığı,

Adının min qovğalığı,

Canım- gözüm, gözüm- canım,

Azərbaycanım!

Can, can, can Azərbaycan!

 

Bulaqların şərbət dadır,

Arzumuz hələ daldadır,

Təbrizin gözü yoldadır,

Canım- gözüm, gözüm- canım,

Azərbaycanım!

Can, can, can Azərbaycan!

 

Qarabağında şux bülbülün var,

Baldan da dadlı şirin dilin var,

Türküstan kimi böyük elin var.

Canım- gözüm, gözüm- canım,

Azərbaycanım!

Can, can, can Azərbaycan!

 

#əhmədcavad #74məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi