İdmançılarin məktəblilərlə görüşü baş tutdu

07.10.2021-ci il tarixində 74 nömrəli məktəbin akt zalında Sabunçu rayon nailiyyət qazanmış idmançıları ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında görüş keçirildi. Sabunçu rayonundan olan MMA idman növü üzrə bir çox respublika və beynəlxalq turnirlərin qalibləri Şəhriyar Abbasov,Bəxtiyar Abbasov və Nəriman Abbasov tədbirdə iştirak etdilər. Tədbirin gedişatında şagirdlərə maraqlı olan suallar idmançılar tərəfindən cavablandırıldı.Sonda idmançılar ilə şagirdlər xatirə şəkli çəkdirdilər.