İlk dərs günü - Vətən müharibəsi iştirakçıları - qazilərlə görüş!

       29 sentyabir tarixində V-XI sinid şagirdlərinin ilk dərs günü baş tutdu. İlk dərslər "Qarabağ Azərbaycandır" adı altında keçirildi. 74 nömrəli tam orta məktəbin  ingilis dili müəllimi Günel Əsgərova rəhbəri olduğu 9A sinif şagirdləri ilə birlikdə ilk dərsi "Qarabağ Azərbaycandır" mövzusuna həsr etdilər. II Qarabaq müharibəsində şücaətli döyüş yolu keçən qazilərin iştirakı isə şagird və müəllim kollektivi tərəfindən  böyük maraqla qarşılandı. Belə ki, Fizülinin, Xocavəndin, Şuşanın azad olunmasına görə Cəsur döyüşçü adına layiq görülən Vətən müharibəsi iştirakçısı 1996 - cı il təvəllüdlü Fariz Əzimov və Fizuli şəhəri və ətraf kəndlərində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərib, həmin döyüşlərdə hər iki qolundan qəlpə yarası alan 2000-ci il təvəllüdlü Atakişi Ağayev Vətən müharibəsində keçdikləri döyüş yolundan bəhs etdilər. Vətən müharibəsi iştirakçıları ilə görüş böyük təəssurat yaratdı və inanırıq ki, məktəblilər bu görüşü hec bir zaman unutmayacaqlar.

Bu igidlərin timsalında bütün yaralı əsgərlərimizə Allahdan şəfa diləyirik!

https://www.youtube.com/watch?v=INx4ZFasCKQ&t=3s

https://youtube.com/shorts/g87pe3ibJ-I?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi